`Avropa ikili standartlara əl atır` - Çingiz Əsgərov


14:45     11 Aprel 2017 cingiz-esgerov-290313_14918909110.jpg

Qarabağ münaqişəsinin və lokal toqquşmaların nəticələri ilə bağlı Azərbaycan və Ermənistandan Avropa Məhkəməsinə təqdim olunan şikayətlərə xüsusi diqqət ayrılır. Daha əvvəl vurğulandığı kimi Azərbaycan Strasburq məhkəməsində “Dağlıq Qarabağ Respublikası” (DQR) sakinlərinin işinə baxılmasının qarşısını alıb. Lakin buna baxmayaraq müharibə vəziyyətində olan bu iki ölkədən Ali Məhkəmədə qəbul olunan işlərin sayını nəzərdən keçirdikdə proporsional balansın Ermənistanın xeyrinə pozulduğu görünür.

Ölkəmiz üçün ağrılı olan problemlə bağlı dərc olunan məlumatlara və məşhur hüquqşünasların müzakirələrinə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov reaksiya verib.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərovun Haqqın.az-da dərc olunan məqaləsini təqdim edirik:

-Avropa Məhkəməsi tərəfindən Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağı və hazırda baxılmaqda olan işlər iki əsas kateqoriyaya bölünür.

Birinci kateqoriya Ermənistanın sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafında olan Azərbaycan torpaqlarının işğalı nəticəsində mülkiyyət və digər hüquqları pozulan şəxslərin ərizələrini özündə birləşdirir. Bu kateqoriyaya 2005-ci ildən etibarən Avropa Məhkəməsinə onların hüquqlarının pozulması ilə bağlı informasiyanı özündə əks etdirən mindən çox məcburi köçkün məktubu aid edilir.

Ərizələrdən biri ilə bağlı, məhz “Elxan Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa Məhkəməsi Ermənistan tərəfdən Azərbaycanın Laçın rayonundan olan sakinlərin mülkiyyət və şəxsi həyat hüquqlarının pozulmasını tanıyaraq hələ 2015-ci ilin iyununda qərar qəbul edib.

Avropa Məhkəməsinin qərarına əsasən məcburi köçkünlərin pozulmuş hüquqlarının tam olaraq bərpası üçün Ermənistan tərəfi onlara dəymiş maddi və mənəvi kompensasiyaya görə hüquqlarının təmin olunması üçün xüsusi mexanizm yaratmalıdır. Pozulmuş hüquqların tam olaraq bərpası isə yalnız məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması hesab oluna bilər.




Tərəflər artıq Ermənistanın ödəməli olduğu kompensasiyanın həcmi ilə bağlı mövqelərini təqdim ediblər və yaxın gələcəkdə Avropa Məhkəməsi laçından olan məcburi köçkünlərin işi üzrə yekun qərarı verməlidir.

Ehtimal olunur ki, “Elxan Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə yekun qərardan sonra Avropa Məhkəməsi Azərbaycan vətəndaşları tərəfindən təqdim olunan anoloji ərizələri bürokratik süründürməçilik olmadan sadələşdirilmiş qaydada nəzərdən keçirəcək.

Digər kateqoriyaya isə ötən ilin aprel hadisələri zamanı hüquqlarının pozulmasından şikayət edən insanların ərizələri daxildir. Bura ilk növbədə hərbi döyüşlər zamanı həlak olan yaxınlarını qəbul olunan ənənələr əsasında dəfn edə bilməyən hərbçilərin qohumlarının müraciətləri aiddir.

Azərbaycan tərəfindən beş ərizə, Ermənistan tərəfindən isə 22 ərizə təqdim olunub. Aydındır ki, bu rəqəmlər 2016-cı ilin aprel günlərində Azərbaycan və işğalçı Ermənistan ordusunun itkilərinə müvafiqidir.

Ermənistana qarşı bütün iddialara bir iş üzrə birləşdirilib və Ermənistan hökumətinə ünvanlanıb. Azərbaycan hökuməti bu iş üzrə üçüncü tərəf kimi iştirak etmək istəyini məhkəməyə bildirib.




Eyni prosedur ermənilərin Azərbaycana qarşı iddiaları ilə bağlı da həyata keçirilib. İctimai vəkil Anar Bağırovun məlumatına görə “Dağlıq Qarabağ Respublikası”nın (DQR) nümayəndələri nəzərdən keçiriləcək iş zamanı üçüncü tərəf kimi iştirak etmək üçün Avropa Məhkəməsinə müraciət ünvanlayıb. Lakin Avropa Məhkəməsinin eyni zamanda bir nüsxəsini Azərbaycan hökumətinə göndərdiyi cavabda aydın şəkildə göstərilir ki, “DQR” adlı məfhum mövcud deyil, ona görə də onun Avropa Məhkəməsində tərəf kimi çıxış etmək hüququ yoxdur.

“DQR nümayəndələri” xüsusilə Avropa məhkəməsinin qərarlarının icrasına həsr olunan Avropa Şurası Nazirlər Komitəsinin tədbirlərdə iştirak etmək istəyiblər. Lakin bu cəhdlərin qarşısı Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi tərəfindən sərt şəkildə alınıb. Bu günə qədər “DQR” adından Nazirlər Komitəsində heç bir çıxış olmayıb və bundan sonra da olmayacaq.

Avropa Məhkəməsi tərəfindən Azərbaycanlı məcburi köçkünlərin iddialarına baxılmasından danışarkən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrinin sakinlərinin də iddialarını vurğulamaq lazımdır. Bu cür iddialara həm dinc sakinlər arasında itkilər, həm də vətəndaşlara dəyən mənəvi ziyanla bağlı müraciətlər daxildir.

Bildiyiniz kimi ötən ilin aprel ayında baş verən atışma nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub və 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu faktlarla bağlı Strasburqa iddia ərizələri göndərilib.

Təəssüflə vurğulamaq lazımdır ki, Avropa məhkəməsinin hakimləri və katibliyi dərhal müdaxilə olunmasını tələb edən insan haqlarının kobud şəkildə pozulması ilə bu faktları nəzərdən keçirmir. Bu cür mövqe artıq təəccüb doğurmur. Çünki biz yalnız öz valideynlərinin məzarını ziyarət etməyə cəhd edərkən qanunsuz olaraq Ermənistan tərəfindən mühakimə olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı iddiaya iki il ərzində baxılmaması təcrübəsi ilə qarşılaşmışıq.



Eyni zamanda Azərbaycan tərəfinə valideynlərinin Ağdərədə yaşaması və 2016-cı ilin aprel ayında Azərbaycan hərbçiləri tərəfindən öldürülməsini iddia edən İrəvan sakinlərinin müraciəti təqdim olunub. Nə yaxşı ki, hələ haradasa Xankəndi və ya İrəvanda erməninin öldürülməsi ilə bağlı iddialar daxil olmayıb.

Bu cür cəfəngiyatlara baxmayaraq, tərəfimizdən Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının Ermənistana qarşı iddiaları ilə bağlı diskriminantik yolverilməz olması ilə əlaqədar məktub göndərilib. Yaxın gələcəkdə bu cür iddialarla bağlı işlərin başlanılacağına ümid qalır.

Ermənilər tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş maddi zərərlə bağlı Azərbaycan vətəndaşlarının qaldırdığı 700 –dən çox iddia Strasburq tərəfindən qəbul olunub. Azərbaycanın rəsmi orqanları Avropa məhkəməsinin katibliyi ilə kontaktları zamanı dəfələrlə göstəriblər ki, Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması halı praktiki olaraq hər gün baş verir və ona görə də bu məlumatlar ilkin qaydada nəzərdən keçirilməlidir.

Lakin görünür, Avropa məhkəməsi hələ də erməni aqresiyasından zərər çəkən insanların problemlərinə laqeyddir. Avropa bu halda ikili standartlara əl atır. Görünür, erməni zorakılığından əziyyət çəkən insanların taleyi və həyatları Avropa məhkəməsinə “aktivistlər” adlandırılanların inzibati həbsləri ilə bağlı işlərin qaldırılması yolu ilə Azərbaycana müəyyən siyasi mövqeləri vadar etdirmək kimi əhəmiyyətli deyil.

Ermənistan mediası “DQR-in mülkü əhalisi” tərəfindən Avropa məhkəməsinə Azərbaycana qarşı iddiaların göndərilməsi ilə bağlı məlumat yayıb. Lakin Avropa məhkəməsi ilk növbədə bu müraciətlərin hüquqi əsasının olub-olmamasını müyyənləşdirməlidir. İlk növbədə aydınlaşdırmaq lazımdır ki, söhbət işğal olunan Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonunlarının hansı “mülki əhalisi”ndən gedir. İkincisi, bu iddiaların subyektlərinin hansı vətəndaşlığa aid olmaları dəqiqləşdirilməlidir. Üçüncüsü, bu cür iddialar nəyə əsaslanır. Axı Avropa məhkəməsi “DQR ombudsmanı” və digər fırıldaqçıların hesabatını nəzərə almayacaq. Bu cür “sənədləri” özünə hörmət edən heç bir beynəlxalq struktur ciddi dəlil kimi nəzərdən keçirməyəcək. Ümid edirik, Avropa məhkəməsi heç olmasa arada özünə hörmət edəcək.

Aydındır ki, Avropa məhkəməsinin katibliyi və hakimləri bu cür məsələlərdə özlərini narahat etmək istəmirlər və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ məsələsinə aid bütün iddiaların baxılmasına tələsmirlər. Buna baxmayaraq 2016-cı ilin aprel ayında hərbi əməliyyatlar zamanı həlak olan hərbçinin ölümü ilə bağlı işə baxılmasına başlanılıb. Azərbaycana qarşı belə iddiaların Azərbaycanla müqayisədə demək olar ki, beş dəfə artıq olmasına gəldikdə isə bu, bizim silahlı Qüvvələrimizin uğurlu əməliyyatları nəticəsində Ermənistan tərəfdən itkilərin sayının çox olmasına bariz nümunədir. /AzVision.az /

Femida.az

Açar sözlər:

Oxunub: 1858